[b]"Qarabağ" “Pole çudes” "oynadı"[/b]
11.07.2017 - 22:44
Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Samtredia” oyununu izləyənlər arasında məşhur qonaq da var. Apasport.az saytının məlumatına görə, uzun illər Rusiya teleməkanında reytinq rekordçusu olan “Pole çudes” proqramının əfsanəvi aparıcısı Leonid Yakuboviç çempionumuzun matçını izləməyə gəlib.
Leonid Arkadyeviç paytaxtımıza “Azərsun Holdinq” Şirkətlər Qrupunun dəvətilə təşrif buyurub.
Buna səbəb “Azərçay”ın Yakoboviçin aparıcı olduğu proqramın baş sponsoru olmasıdı.
0
0