[b]Reynaldo bu gün imzalayacaq[/b]
26.01.2017 - 09:23
[b]Reynaldo bu gün imzalayacaq[/b]

“Qarabağ”ın “Adanaspor”a satdığı Reynaldo bu gün Türkiyəyə gedəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

“Adanaspor”la hərtərəfli anlaşan braziliyalı hücumçu Adanaya yollanaraq tibbi müayinədən keçəcək. Əgər səhhətində hər hansı bir problem çıxmasa, yeni komandası ilə rəsmi müqaviləyə imza atacaq. Reynaldonun “Adanaspor”la anlaşmasının detalları açıqlanmasa da, onun 2,5 illik müqaviləyə qol çəkməsi gözlənilir.

 

Qeyd edək ki, Reynaldo 2013-cü ildən bəri “Qarabağ”ın formasını geyinib.