[b]Reynaldo Sxadadzeyə, Almeyda Flavinyoya çatdı[/b]
31.03.2016 - 12:35
[b]Reynaldo Sxadadzeyə, Almeyda Flavinyoya çatdı[/b]

Topaz Premyer Liqasının XXVII turu da legionerlərin üstünlüyü şəraitində keçib. Apasport.az saytının məlumatına görə, bu turda vurulan 15 qoldan 9-nu əcnəbilər vurub. Digər 6 topdan ikisi isə avtoqol hesabına gerçəkləşib.

 

“Qarabağ” – “Rəvan” qarşılaşmasında bütün qolları gəlmələr vurub. 5:1 hesabı ilə başa çatan görüşdə ağdamlılara qələbə qazandıran oyunçulardan ikisi isə ən məhsuldar legionerlər siyahısında mövqeyini yaxşılaşdırıb.

 

Belə ki, 30 və daha çox qol sevinci yaşayan 19 əcnəbi sırasında yer alan braziliyalılar Reynaldo Silva və Riçard Almeyda növbəti dəfə fərqlənib. Reynaldo 36-cı dəfə rəqib qapılarına yol tapıb. Braziliyalı artıq ölkəmizi tərk edən gürcüstanlı Baçana Sxadadzeyə çatıb. “Sambaçı”ya 10-cu yeri ələ keçirmək üçün 2, bu mövqeyə şərik olmağa 1 qol lazımdı.

 

Riçard isə qol hesabını 31-ə çatdırıb. O, bununla da həmyerlisi Flavinyoya çatıb. Ueuqvaylı Valter Quqlemonu arxada qoyan yarımmüdafiəçi karyerasını Azərbaycanda davam etdirənlər arasında 4-cüdü. Bu cədvələ isə “Zirə”li Viktor İqbekoyi başçılıq edir – 46 top. Nigeriyalı, Reynaldo və Riçard kimi “Neftçi”nin hücumçusu Nikolas Kanales də qol hesabını artırmaq imkanına malikdi.

 

Azərbaycan çempionatında 30 və daha çox qol vuran legionerlər

1. Badri Kvaratsxeliya - 71

2. Georgi Adamiya – 61

3. Viktor İqbekoyi – 46

4. Branimir Subaşiç – 42

5. Leandro Qomeş – 41

6-7. Junivan Suares – 40

Fernando Peres – 40

8-9. Bahodir Nasimov – 38

Nikolas Kanales - 38

10-11. Junior Nildo – 37

Yakuba Bamba – 37

12-13. Baçana Sxadadze – 36

Reynaldo Silva – 36

14. Viktor Kulikov – 35

15. Əhməd Ticani – 34

16. Anatoli Doroş – 32

17-18. Flavinyo – 31

Riçard Almeyda – 31

19. Valter Quqlemon - 30