[b]Reynaldonun Gəncədə vurduğu qol...[/b]
25.09.2016 - 18:16
[b]Reynaldonun Gəncədə vurduğu qol...[/b]

Braziliyalı futbolçu Reynaldo “Qarabağ”da yubiley qolunu vurub. Apasport.az saytının məlumatına görə, cənubi amerikalı Ağdam təmsilçisinin heyətindəki qol sayını 60-a çatdırıb.

 

O, buna Topaz Premyer Liqasının VI turunun “Kəpəz”lə səfər oyununda nail olub. 1:1 hesabı ilə başa çatan qarşılaşmanın 75-ci dəqiqəsində fərqlənən “sambaçı” komandasını məğlubiyyətdən də xilas edib.

 

Reynaldo 60-cı qolunu 124-cü matçında vurub. Onun orta məhsuldarlığı 0,48-di. Braziliyalı qollarından 43-cü 81 çempionat oyununda vurub. 12 kubok matçında 7 dəfə rəqib qapılarına yol tapan ön xətt oyunçusu avrokuboklardakı 10 qolunu 31 qarşılaşmada vurub.

 

Qeyd edək ki, 2012/13 mövsümünün ikinci yarısından “Qarabağ”da çıxış edən legioner qol hesabını 2013-cü il aprelin 28-də açıb. Həmin gün “Qəbələ” ilə səfər matçında Reynaldo 2 dəfə fərqlənərək, 2:0 hesablı qələbənin memarı olub.

0