25-ci qol “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldonun Avropa Liqasının qrup mərhələsinin VI turunun “Fiorentina” ilə qarşılaşmasında vurduğu qol yubiley xarakteri daşıyıb. Apasport.az saytının məlumatına görə, bu top Azərbaycan klublarının avrokuboklardakı 25-ci qolu olub.
Söhbət qitə miqyaslı turnirlərin əsas mərhələsindən gedir. Təsnifat mərhələlərini cəmi 6 dəfə adlayan təmsilçilərimiz bu cəhdlərində 25 qola sevinib. İndiyədək yalnız Avropa Liqasının qrupunda çıxış edən təmsilçilərimiz 35 matçda bunu gerçəkləşdirib.
2012/13 mövsümündə “Neftçi” 4, 2014/15 mövsümündə “Qarabağ” 3 qol vurub. Ötən mövsüm ağdamlılar 4, “Qəbələ” isə 2 dəfə fərqlənib. Cari mövsümdə “Qarabağ” 7, son oyunu davam edən qəbələlilər isə 5 dəfə rəqib qapısına yol tapıb.
- Mourinyo "El-Klasiko" haqda: "Problem deyil, öhdəsindən gələcəyik”
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər