“Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi sən demə komandanı tərk edə bilərmiş. Apasport.az saytının məlumatına görə, fransalı futbolçu yaxın keçmişdə “Real”a keçmə ehtimalının olduğunu etiraf edib.
Riberi klub rəhbərliyi ilə söhbətdən sonra fikrini dəyişdiyini bildirib: “Mənim Uli Höness və Karl-Haynts Rummeniggeyə sözüm var. “Real” mənə sərfəli təklif etmişdi. Onda Hönesslə Rummenigge mənə dedilər ki, sən bu komandaya lazımsan. Onlarla söhbətdən sonra başa düşdüm ki, mən “Bavariya”nın Messisiyəm. “Real”ın həmin vaxt “Bavariya”ya nə qədər pul təklif etdiyini bilmirəm, amma burda qaldığım üçün sevinirəm”.
Qeyd edək ki, Frank Riberi 2007-ci ildən “Bavariya”nın formasını geyinir.