[b]Robben yığma karyerası ilə bağlı qərar verdi[/b]
19.07.2016 - 13:52
[b]Robben yığma karyerası ilə bağlı qərar verdi[/b]

“Bavariya”nın futbolçusu Aryen Robben Hollandiya yığmasındakı karyerası ilə bağlı qərar verib. Apasport.az saytı xəbər verir ki, təcrübəli yarımmüdafiəçi millidəki çıxışını davam etdirmək istəyindədi.

 

Robben bildirib ki, yığmada çıxış etdiyinə görə qürur duyur: “Millidən getmək haqda hələ ki, düşünmürəm. Düzdü, zədələrlə bağlı problemlərim olur. Bu mənada, millidən getmək daha çox istirahət etmək mənasında işimə yarayar. Ancaq mən millidə oynadığım üçün qürur duyuram. Yığmanın kapitanıyam və sarğını daşıdığım üçün fəxr edirəm”.  

 

Qeyd edək ki, 2003-cü ildən Hollandiya millisinə çağırılan Robben “narıncılar”ın heyətində 88 oyunda 30 qola imza atıb.