[b]Prosineçki “Feyenoord”un futbolçusunu izləyəcək[/b]
10.01.2017 - 15:41
[b]Prosineçki “Feyenoord”un futbolçusunu izləyəcək[/b]

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına ilk dəfə dəvət alan Ozancan Kökcü tezliklə əsas yığmanın formasını geyinə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

 

Xəbərdə bildirilir ki, hazırda U-21-in düşərgəsində Antalyada təlim-məşq toplanışında olan 18 yaşlı yarımmüdafiəçi üçün Robert Prosineçki Türkiyəyə yollanacaq. Belə ki, əsas millimizin çalışdırıcısı yanvarın 13-də Antalyaya gedəcək.

 

Səfərdə məqsəd ertəsi gün Qazaxıstanın “Okjetpes” klubu ilə yoldaşlıq görüşündə Türkiyə əsilli Ozancanın oyununu izləmək olacaq. Əgər “Feyenoord”un üzvü özünü yaxşı tərəfdən göstərə bilsə, xorvatiyalı mütəxəssis millimizin növbəti təlim-məşq toplanışına dəvət ala bilər.

 

Qeyd edək ki, Ocancan Kökcü pleymeyker mövqeyi ilə yanaşı, mərkəz yarımmüdafiəçisi və sol cinahda da oynamağı bacarır.