Bakıya qayıdan Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki yenidən iş başında olacaq. Apasport.az saytının məlumatına görə, xorvatiyalı çalışdırıcı bu gün 2 oyunu tribunadan izləyəcək.
Belə ki, Prosineçki əvvəlcə 8-ci km qəsəbə stadionuna yollanacaq. O, köməkçisi Mahmud Qurbanovla birlikdə U-17-lərin Avropa çempionatının qrup mərhələsi çərçivəsində millimizin Şotlandiya ilə saat 16:00-da start götürəcək matçına tribunadan baxacaq.
Bu görüş yekunlaşandan sonra da Prosineçki işini davam etdirəcək. Qurbanovla birlikdə Masazırın yolunu tutacaq 47 yaşlı məşqçi “Əlincə Arena”da keçiriləcək “Qarabağ” – “Qəbələ” görüşünü seyr edəcək. Bu oyun isə saat 19:00-da start götürəcək.
Prosineçkinin digər yerli köməkçiləri – Elxan Abdullayev və Faiq Əzizov isə paytaxtdan ayrı düşəcəklər. Onlar “Sumqayıt” – “Rəvan” qarşılaşmasını izləyərək, milli üzvləri ilə bağlı qeydlərini götürəcəklər.
Qeyd edək ki, Robert Prosineçkinin rəhbərlik etdiyi Azərbaycan yığması mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışında olacaq.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı