[b]Robert Prosineçkidən baş sağlığı mesajı[/b]
03.04.2016 - 14:19
[b]Robert Prosineçkidən baş sağlığı mesajı[/b]

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki cəbhə xəttində yaşanmış hadisələrlə əlaqədar açıqlama verib. Apasport.az saytının məlumatına görə, son iki gündə Ermanistan silahlı qüvvələrinin gərginlik yaratmaq cəhdi və bunun nəticəsində baş verən atışmadan narahatlığını ifadə edən xorvat mütəxəssis bu kimi halları pisləyib.

 

Döyüş tapşırığını yerinə yetirərkən şəhid olan hərbi qulluqçularımızın və açılan atəş nəticəsində həlak olan mülki şəxslərin ailələrinə baş sağlığı diləklərini çatdıran millimizin çalışdırıcısı onlara səbr arzulayıb.