“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk növbəti uğuruna imza atıb. Apasport.az saytının məlumatına görə, 51 yaşlı mütəxəssis Ukraynanın 5 ən yaxşı məşqçisi siyahısına düşüb.
Belə ki, bu ölkənin “sector.depo.ua” ən yaxşı mütəxəssisləri müəyyənləşdirib. Ardıcıl 3-cü dəfə Azərbaycan çempionatının bürünc medalını qazanan və Avropa Liqasında 2-ci dəfə 4 mərhələ adlayıb, qrupa düşən “Qəbələ”nin baş məşqçisi “Top-5”də yer alıb.
Onunla yanaşı, ən yaxşılar arasında Aıeksandr Babiç (“Çernomorets”), Viadimir Şaran (“Aleksandriya”), Andrey Şevçenko (Ukrayna yığması) və Yuri Vernidub (“Zarya”) seçilənlər sırasında olublar.
Həmkarlarımız Qriqorçukun uğurunu belə dəyərləndirib: “Ukraynalı mütəxəssis “Qəbələ” ilə ardıcıl 2-ci ildi Avropa Liqasının qrupunadək irəliləyir. Düzdü, komanda qrupda xal toplaya bilməyib. Amma təsnifatda möhkəm Fransa “Lill”ini keçmək hörmətə layiqdi! Onu da unutmayaq ki, Qriqorçukun komandası Azərbaycan Premyer Liqasında liderlər sırasında möhkəmlənib. 1-ci yerdən cəmi bir xal geri qalan komanda çempionluğa iddia edir”.
Qeyd edək ki, Qriqorçuk 2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisidi.