“Oyunun gedişində nəyisə dəyişmək, rəqibin tempi artırmaq cəhdinə hazır olmaq barədə çox danışmışam. Rəqibin oyunda dönüş yaratmaq istəyinə hazır olmaq lazımdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Topaz Premyer Liqasının XXVII turunda AZAL-ın qonağı olan “qırmızı-qaralar” 1:2 hesabı ilə uduzublar.
Matçdan sonra keçirilən mətbuat konfransında Qriqorçuk məğlubiyyəti belə şərh edib: “Birinci hissədə kifayət qədər yaxşı oynadıq. Bu üzdən dəyişikliklərə ehtiyac yox idi. Fasilədə də dəyişikliklər və oyun planında düzəliş etməklə bağlı tapşırıqlar çox vermədik. Heyəti müəyyənləşdirərkən qeyri-adi heç nə baş verməyib. Hər matçda olduğu kimi, meydana ən hazırlıqlı futbolçular çıxmışdı”.
gabalafc.az