İspaniya prokurorluğu Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldonun 14,7 milyon avro dəyərində vergidən yayınması ilə bağlı iddia irəli sürüb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu iddia vergi orqanlarının hesabatına əsaslanıb.
Ronaldonun 2011-2014-cü illər ərzində 14,7 milyon avro məbləğində vergini ödəməkdən yayındığı bildirilir. Prokurorluğun ərizəsində qeyd edilir ki, Kriştianu 2010-cu ildə yaratdığı biznes strukturunu real gəlirlərini gizlətmək məqsədilə istifadə edib.
“Real” rəsmiləri məsələ ilə bağlı açıqlama verməkdən imtina ediblər.
Prokurorluğun iddiasına görə, Ronaldo vergi orqanlarını 2011-ci ildə 1,4 milyon, 2012-ci ildə 1,7 milyon, 2013-cü ildə 3,2 milyon, 2014-cü ildə isə 8,5 milyon avro məbləğində aldadıb.