[b]Ronaldo – 2021[/b]
06.11.2016 - 21:29
Kristiano Ronaldo “Real”la yeni müqavilənin detallarını razılaşdırıb. Apasport.az saytının məlumatına görə, yeni anlaşma 2021-ci ilə kimi nəzərdə tutulub.
Klubdan verilən rəsmi açıqlamada bildirilib ki, anlaşmaya həftənin bazar ertəsi günü imza atılacaq. Rəsmi olaraq elan edilməsə də, ispan mətbuatının iddiasına görə, oyunçunun illik gəliri əlavə bonusları nəzərə almasaq, 21 milyon avro olacaq.
Qeyd edək ki, 2009-cu ildə 94 milyon dollar müqabilində “Mançester Yunayted”dən “Real”a keçən hücumçunun davam edən müqaviləsinin müddəti 2018-ci ilə kimi nəzərdə tutulmuşdu.
0
0