[b]Ronaldo, Fiqu, Haci, Robert Prosineçki və digərləri[/b]
03.12.2016 - 00:01
[b]Ronaldo, Fiqu, Haci, Robert Prosineçki və digərləri[/b]

Dünyanın ən həyəcanlı futbol matçlarından biri hesab olunan “Real” – “Barselona” qarşıdurmasının bu mövsümkü ilk oyununa saatlar qalıb. Apasport.az saytının məlumatına görə, “El-Klasiko”ya yaxınlaşdıqca müxtəlif maraqlı məqamlar diqqət mərkəzinə gəlir.

 

İspaniya mətbuatında yer alan yazıların birində isə hər iki komandanın heyətində bu möhtəşəm həyəcanı yaşamış 10 əfsanə futbolçudan bəhs edilib.

 

1. Xavyer Savyola

 

Related image

 

Gənc yaşlarında “Barselona”ya transfer olan, Kataloniya klubu tərəfində iki il “Monako” və “Benfika”ya icarəyə verilmiş, daha sonra isə “Real”a transfer olunmuşdu.

 

2. Ronaldo

 

Image result for Ronaldo Barsa

 

Avropa futboluna PSV ilə salam deyən Ronaldo bir mövsüm “Barselona” forması geyindikdən sonra 4 il “İnter”də çıxış etmişdi. Ardından 2002-ci ildə “kral klubu”na keçən “fenomen” bir neçə dəfə köhnə klubuna qarşı meydana çıxıb.

 

3. Luiş Fiqu

 

Related image

 

Beş mövsüm “Barselona” forması geyindikdən sonra sensasiyalı şəkildə “Real”a keçən portuqaliyalı o vaxt kataloniyalı azarkeşlər tərəfindən ciddi qınaq obyekti olmuşdu.

 

4. Corc Haci

 

Image result for Hagi Barcelona

 

Rumın əfsanə Haci ölkəsində çıxış etdiyi klubdan “Real”a keçəndən sonra Madrid klubundan da ayrılıb 2 il “Breşiya”da oynamışdı. 1994-cü ildə “Karpatların Maradonası” yenidən İspaniyaya dönsə də, bu dəfə “Barselona”nı seçmişdi.

 

5. Albert Selades

 

Image result for Celades Real

 

“Barselona” akademiyasında yetişən Selades 4 il Kataloniya klubunun formasını geydikdən sonra əvvəlcə “Selta”ya, ardınca isə “Real”a transfer olmuşdu.

 

6. Robert Prosineçki

 

Image result for Prosinecki Barca

 

Hazırda milli komandamızın baş məşqçisi olan xorvat futbolçu 3 il “Real”da oynadıqdan sonra Madrid klubundan ayrılıb öncə “Ovyedo”ya, ardınca isə 2 il çıxış edəcəyi “Barselona”ya transfer olmuşdu.

 

7. Luis Enrike

 

Image result for Enrique Real

 

“Barselona”nın baş məşqçisi Luis Enrike futbolçuluq vaxtlarında 5 il “Real” forması geyindikdən sonra Kataloniya klubuna keçmiş və “Barselona”nın əfsanəsi olmuşdu.

 

8. Mixael Laudrup

 

Image result for Laudrup barca

 

Danimarka futbolunun yetişdirdiyi əsas oyunçulardan biri olan Mixael Laudrup “Barselona”da keçirdiyi 5 möhtəşəm mövsümdən sonra “Real”a keçmişdi.

 

9. Samuel Eto`o

 

Related image

 

Gənc yaşından “Real”a transfer olunan ancaq Madriddə heç cür özünü tanıda bilməyən Eto əvvəlcə “Malyorka”ya, ardınca isə karyerasının ən gözəl illərini keçirəcəyi “Barselona”ya keçmişdi.

 

10. Bernd Şuster

 

Image result for Schuster Barca

 

Keçmiş alman futbolçu 8 mövsüm “Barselona”da oynadıqdan sonra “Real”a transfer olmuş və böyük qınaqlarla üz-üzə qalmışdı.

 

Hazırladı: Zaur XUDİYEV