[b]Ronaldo: Yaponiyaya dincəlməyə gəlməmişik[/b]
15.12.2016 - 11:45
[b]Ronaldo: Yaponiyaya dincəlməyə gəlməmişik[/b]

“Yaponiyaya dincəlməyə gəlməmişik. Biz klublararası dünya çempionatının qalibi olmaq üçün burdayıq”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo deyib.

 

“Qalaktikos”un portuqaliyalı superulduzu Yaponiyada keçirilən klublararası dünya çempionatı barədə danışıb. O, hədəflərinin turnirdə birinci yeri tutmaq olduğunu qeyd edib: “Klublararası dünya çempionatı bizim üçün çox dəyərlidi. Buna görə də, çempion olmağı arzulayırıq. Əgər istəyimizə çatsaq, ili major notlarda yekunlaşdıracağıq”.

 

Qeyd edək ki, “Real” turnirin yarımfinal mərhələsi çərçivəsində bu gün Meksikanın “Amerika” klubu ilə üz-üzə gələcək. Qələbə qazanacaq komanda finalda Yaponiya təmsilçisi “Kaşima”ya rəqib olacaq.