Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo komandanın baş məşqçisi Zinəddin Zidan haqda açıqlama verib. Apasport.az saytı xəbər verir ki, İspaniya mətbuatına danışan portuqaliyalı superulduz fransız mütəxəssisi tərifləyib.
O bildirib ki, ötən mövsüm Çempionlar Liqasının qalibi olmaqlarında Zidanın rolu böyükdü: “Ötən mövsümü əla keçirdik. Çempionlar Liqasının qalibi olduq. Buna görə hamımız Zidana minnətdar olmalıyıq. Baş məşqçi postunda o qərarlaşmasaydı, bu uğura imza ata bilməzdik”.
Qeyd edək ki, Kriştianu Ronaldo karyerası ərzində 3 dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.