[b]Ronaldo ən yaxşı, Argentina millisi ən məyusedici[/b]
29.12.2016 - 01:13
[b]Ronaldo ən yaxşı, Argentina millisi ən məyusedici[/b]

ESPN xəbər portalı geridə qalan ilin yekunları ilə bağlı sorğu keçirib. Apasport.az saytının məlumatına görə, oxucular arasında keçirilmiş səsvermədə ilin ən yaxşıları müəyyənləşib.

 

Azarkeşlərin böyük əksəriyyəti – 67%-i ilin ən yaxşısı kimi Kristiano Ronaldonu görüb.

 

Ən yaxşı komanda isə 2015/16 mövsümü İngiltərə çemponu “Lester” seçilib – 57%.

 

Ən yaxşı baş məşqçi kimi “Lester”i çempion edən Klaudio Ranyeri 60%-in rəğbətini qazanıb.

 

İlin idman hadisəsi bütün futbol dünyasını yasa qərq edən “Şapekoense”nin təyyarə qəzası seçilib.

 

Azarkeşlərin fikrincə ilin məyusluğu dünya çempionatının seçmə mərhələsində ardıcıl məğlubiyyətlər alan Argentina millisidir.