Məşhur Goal.com saytı 2017-ci ilin ən yaxşı futbolçularının siyahısını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, ötən il olduğu kimi, siyahıya yenə Portuqaliya yığmasının və “Real”ın qoleadoru Kriştianu Ronaldo başçılıq edib.
Futbol azarkeşləri arasında keçirilən sorğunun nəticəsinə görə, 32 yaşlı forvard ilin ən yaxşı futbolçusu adına layiq görülüb. Onu İtaliya yığması ilə yenicə vidalaşan “Yuventus”un kapitanı Canluici Buffon izləyib. İlk “üçlüy”ü “Real”ın digər üzvü xorvatiyalı Luka Modriç qapayıb.
4 dəfə Goal.com-un sorğusunun qalibi olan “Barselona”nın lideri Lionel Messi keçənilki kimi, 4-cü yerlə kifayətlənib. “Real”ın kapitanı Serxio Ramos isə 5-ci yeri tutub.
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir