[b]Ronaldo liderlərə yaxınlaşdı[/b]
11.10.2016 - 09:33
[b]Ronaldo liderlərə yaxınlaşdı[/b]

Avropa ölkələrinin millilərində ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın tərtib etdiyi cədvələ Macarıstan və İspaniya yığmalarında üst-üstə 84 qol vuran Ferens Puşkaş başçılıq edir.

 

Onun Mcarıstandakı komanda yoldaşı Şandor Koçiş 75 dəfə fərqlənib. Miroslav Kloze Almaniya yığmasında 71 qol vurub. 4-cü yerin iki şəriki var. Herd Müller Almaniya Robbi Kin İrlandiyada 68 qol vurub. Portuqaliya millisində 66 dəfə fərqlənən Kriştianu Ronaldo “üçlüy”ə bir az da yaxınlaşıb.

 

İsveçli Zlatan İbrahimoviçin 62, macar İmre Şlosser və ispaniyalı David Vilya hərəyə 59 dəfə rəqib qapısına yol tapıblar. Çexiyalı Yan Koller və ADR millisinin üzvü Yoahim Streyx 55 qolun müəllifidilər.

 

Qeyd edək ki, Azərbaycan millisinin bombardiri Qurban Qurbanovun hesabında 14 qol var.