[b]Ronaldo məşqlərə başladı[/b]
06.06.2016 - 14:27
Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu bu gündən kollektivlə birgə hazırlıq prosesinə qoşulub.
Ulduz futbolçu özünü tam hazır hiss etdiyini deyib. O, komanda yoldaşları ilə birlikdə bütün məşqlərdə daha iştirak edə biləcək.
Qeyd edək ki, Portuqaliya yığmasının məşqçilər korpusu Çempionlar Liqasının finalından sonra Ronaldoya 1 həftəlik istirahət vermişdi.
0
0