[b]Ronaldo Müllerə çatdı, Qurban liderlərdən uzaqlarda[/b]
14.11.2016 - 09:27
[b]Ronaldo Müllerə çatdı, Qurban liderlərdən uzaqlarda[/b]

Milli komandaların heyətində ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin Latviya ilə matçında (4:1) dubla imza atan Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo qol sayını 68-ə çatdırıb.

 

İspaniya “Real”ında çıxış edən pireneyli bununla Avropanın ən məhsuldar oyunçuları siyahısında 4-cü yerə şərik olub. Almaniyalı Herd Müllerə çatan Ronaldo növbəti matçda 69-cu qolu vursa, Bundestimin ikincisini arxada qoyacaq.

 

Siyahıya isə Macarıstan və İspaniya yığmalarında üst-üstə 84 qol vuran Ferens Puşkaş başçılıq edir. Digər macar Şandor Koçiş 75 dəfə fərqlənib. 3-cü sırada qərarlaşan almaniyalı Miroslav Klozenin hesabında 71 qol var.

 

Qeyd edək ki, Azərbaycan yığmasının rekordçusu Qurban Qurbanov millidə 14 qol vurub.