Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldonun “Mançester Yunayted”lə UEFA Superkuboku matçında iştirak edib-etməyəcəyinə aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, portuqaliyalı superulduzun adı matçın iştirak ərizəsinə daxil edilib.
O, baş məşqçi Zinəddin Zidanın tərtib etdiyi 24 nəfərlik siyahıda yer alıb.
Qeyd edək ki, Ronaldo “Real”ın heyətində məşqlərə avqustun 5-də başlayıb. Bu səbəbdən 32 yaşlı futbolçunun sabiq komandasına qarşı oynamayacağı bildirilirdi.
”Real”ın Superkubok matçı üçün iştirak ərizəsini təqdim edirik:
Qapıçılar: 1. Keylor Navas, 13. Kiko Kasilya, 30. Luka Zidan
Müdafiəçilər: 2. Daniel Karvahal, 3. Xesus Valyexo, 4. Serxio Ramos, 5. Rafael Varan, 6. Naço Fernandes, 12. Marselo, 15. Teo Ernandes, 26. Aşraf Hakimi
Yarımmüdafiəçilər: 8. Toni Kroos, 10. Luka Modriç, 14. Kasemiro, 18. Markos Lyorente, 20. Marko Asensio, 22. İsko, 23. Mateo Kovaçiç, 24. Dani Sebalyos
Hücumçular: 7. Kriştianu Ronaldo, 9. Kərim Benzema, 11. Qaret Beyl, 17. Lukas Vaskes, 21. Borxa Mayoral