[b]Ronaldo subaylığın daşını atır[/b]
25.01.2017 - 11:42
[b]Ronaldo subaylığın daşını atır[/b]

Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo subaylığın daşını atmağa hazırlaşır. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı superulduz özünə toy etmək fikrinə düşüb.

 

Belə ki, Ronaldo hazırkı sevgilisi Corcina Rodrigeslə münasibətləri rəsmiləşdirmək niyyətindədi. Məlumat mətbuata futbolçunun dostlarından tərəfindən verilib.

 

Ronaldonun ispaniyalı modelin yanında özünü xoşbəxt hiss etdiyi və Corcinaya olan sevgisinin getdikcə artdığı bildirilir. Bu səbəbdən Portuqaliya yığmasının üzvü 21 yaşlı Rodrigeslə evlənməyi qərara alıb. Cütlük 2018-ci ilin yayında toy etməyi planlaşdırıb.

 

Ronaldo anasına gələcək planlarından danışıb və o da Kriştianunun Corcina ilə ailə həyatı qurmağına razılıq verib.