[b]Ronaldo təsdiqlədi: Qayıdıram[/b]
08.09.2016 - 18:22
[b]Ronaldo təsdiqlədi: Qayıdıram[/b]

Madrid “Real”ının ulduz futbolçusu Kriştianu Ronaldonun La Liqanın növbəti turu çərçivəsində “Osasuna”ya qarşı oynayıb-oynamayacağı tam dəqiqləşib. Apasport.az saytı xəbər verir ki, portuqaliyalı hücumçu ispan mətbuatına açıqlamasında bu məsələyə aydınlıq gətirib.

 

Ronaldo bildirib ki, yaşıl meydanlara dönməsi üçün heç bir problem qalmayıb. O, sentyabrın 10-da “Osasuna” ilə görüş iştirak edəcəyini deyib.

 

Qeyd edək ki, Ronaldo Portuqaliya yığmasının heyətində AÇ-2016-nın finalında zədələnmişdi.