[b]Ronaldo və Beyllə bağlı qərar verildi[/b]
13.10.2016 - 11:00
[b]Ronaldo və Beyllə bağlı qərar verildi[/b]

2018-ci ilə qədər transfer hüququndan məhrum qalan “Real” heyətdəki futbolçuları komandada saxlamaqda maraqlıdı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, artıq bir neçə oyunçu ilə yeni müqavilə də imzalanıb.

 

İlk olaraq Toni Kroosla anlaşmanın müddətini 2022-ci ilə qədər uzadan “kral klubu” vaxt itirmədən daha 3 oyunçu ilə anlaşıb. Belə ki, komandanın qol “silahı” Kriştianu Ronaldo 2021, digər portuqaliyalı Pepe isə 2018-ci ilə qədər anlaşma yeniləyib. Ronaldonun illik məvacibinin 23 milyon avroya yüksəldilməsi gözlənilir.

 

Həmçinin madridlilər digər aparıcı futbolçu Qaret Beylin də razılığını alıblar. Uelsli futbolçu klubla müqavilə müddətini 2022-ci ilə qədər uzatmağa razılıq verib.