[b]Ronaldo yenə ən yaxşı seçildi[/b]
14.10.2016 - 09:51
[b]Ronaldo yenə ən yaxşı seçildi[/b]

“Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo növbəti dəfə mükafata layiq görülüb. Apasport.az saytı xəbər verir ki, məşhur “Marca” və “La Gazetta dello Sport” nəşrlərinin oxucuları portuqaliyalını ötən mövsümün ən yaxşısı hesab ediblər.

 

Belə ki, 2015-16 mövsümündə Çempionlar Liqasının ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirilib. Sorğunun nəticəsinə görə, hamı birmənalı şəkildə bu ada Ronaldonu layiq görüb. CR7 komanda yoldaşları Luka Modriç, Serxio Ramos və Kasemironu qabaqlayıb. Ötən mövsüm ÇL-də 12 oyun keçirən superulduz 16 qolla turnirin bombardiri olmuşdu.

 

Qeyd edək ki, 2015-16 mövsümündə 1:1 hesabı ilə nəticələnən final matçında “Atletiko”nu oyunsonrası penaltilərlə məğlub edən “Real” Çempionlar Liqasının qalibi olmuşdu.