[b]Ronaldodan mütləq rekord[/b]
13.04.2017 - 00:53
[b]Ronaldodan mütləq rekord[/b]

Kristian Ronaldo rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “Real”ın futbolçusu ÇL-nin 1/4 final mərhələsi ilk oyununda “Bavariya”ya iki qol vuraraq Avropa kuboklarında 100-cü dəfə fərqlənib.

 

Bu dublla portuqaliyalı futbolçu yubileyə çatan ilk oyunçu olub.

 

Sonuncu dəfə ötən ilin sentyabrında “Borussiya”ya qol vuran Ronaldo 659 dəqiqə idi ki, qola həsrət idi.