Portuqaliya millisinin və İspaniya “Real”ının futbolçusu Kriştianu Ronaldo yeni avtomobili ilə şəklini paylaşıb. Apasport.az saytının məlumatına görə, İspaniya çempionatının son turunda “Betis” üzərində 6:1 hesablı qələbədən məmnun qalan portuqaliyalı oyunun ertəsi gün “İnstaqram”da izləyicilərini salamlayıb.
O, yeni “Lamborcini Aventador”la çəkdirdiyi şəkli paylaşaraq, “Sabahınız xeyir” statusu ilə diqqət çəkib. Ronaldonun bu avtomobili 260 min funt sterlinq dəyərindədi.
31 yaşlı hücumçunun 515 at gücünə malik nəqliyyat vasitəsi önündə poza verməsinə özünün uğurlu çıxışı da rəvac verib. “Betis”lə görüşdə sonuncu qolun müəllifi olan Ronaldo yeni mövsümdə 7-ci matçda 4-cü dəfə fərqlənib.