[b]Ronaldonun “Barselona”ya transferi niyə alınmayıb?[/b]
02.12.2016 - 12:22
[b]Ronaldonun “Barselona”ya transferi niyə alınmayıb?[/b]

Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo “Barselona”ya keçə bilərmiş. Apasport.az saytının məlumatına görə, bu barədə Kataloniya klubunun sabiq prezidenti Xoan Laporta məlumat verib.

 

İspaniya mətbuatına danışan Laporta bildirib ki, 2003-cü ildə Ronaldonun “Barsa”ya keçmək variantı olub. Lakin həmin vaxt daha çox pul təklif edən “Mançester Yunayted” istəyinə nail olub: “Kriştianu “Sportinq”də çıxış edəndə “Barselona” Ronaldinyo, Markes və Kuarejma ilə müqavilə bağladı. Həmin vaxt Ronaldonun agenti ilə danışıq aparırdıq. Onunla Dekunun transfer məsələsi ilə bağlı ünsiyyət qurmuşduq. Sonra dedi ki, başqa güclü oyunçusu da var. Söhbət Ronaldodan gedirdi. Kriştianunu bizə 17 milyon avroya təklif etmişdi. Lakin 19 milyon avro qarşılığında “Mançester Yunayted”lə anlaşdılar”.

 

Qeyd edək ki, 2003-cü ildə “Mançester Yunayted”ə keçən Ronaldo 2009-cu ildə “Real”la müqavilə bağlayıb. O, “kral klubu”nun heyətində bu vaxta qədər 363 oyunda 376 qola imza atıb.