[b]Ronaldonun adı hava limanına verildi[/b]
23.07.2016 - 11:01
Madeyra adasının hava limanı ulduz futbolçunun adını daşıyacaq. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, söhbət Madrid “Real”ının və Portuqaliya yığmasının oyunçusu Kriştianu Ronaldodan gedir.
Bu barədə Madeyra Regional Hökumətinin sədri Migel Albukerke məlumat verib. O bildirib ki, Ronaldo Madeyranın şəhəri olan Funşalda anadan olduğundan, bu addımı atmağa qərar verilib.
Qeyd edək ki, Ronaldo dünən doğma şəhəri olan Funşala səfər edərək, yeni inşa olunan 5 ulduzlu otelinin açılışına qatılıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0