[b]Rövnəq Abdullayev: Bu, böyük qələbədi[/b]
12.04.2016 - 23:15
[b]Rövnəq Abdullayev: Bu, böyük qələbədi[/b]

“Tarixdə ilk dəfədir ki, Azərbaycan millisi dünya çempionatında çıxış edəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

 

Dünya çempionatına vəsiqə uğrunda pley-of cavab qarşılaşmasında öz meydanında Hollandiya ilə 4:4 hesablı bərabərliyə razılaşan futzal üzrə milli komandamız ilk oyunda əldə olunmuş 5:1 hesablı qələbə sayəsində mundiala getməyə haqq qazanıb.

 

Matçdan sonra Rövnəq Abdullayev fikirlərini bölüşüb: “Düşünürəm ki, bu, böyük qələbədir. Millimizin bu uğuru ölkəmizdə futzalın inkişafına təkan verəcək. Uğurlarımız davamlı olsun”.