Rumıniya millisinin futbolçusu Srcan Luçin Azərbaycan klubuna keçməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, bunu 30 yaşlı müdafiəçinin ötən il şərəfini qoruduğu “Politexnika”nın (Timişoara) idman direktoru Daniel Stançu açıqlayıb.
O bildirib ki, neçə aydı pulunu ala bilməyən futbolçu artıq komandadan ayrılıb. Stançu 3 klubdan təklif alan Luçinin seçiminin səbəbini də söyləyib: “Luçun Azərbaycan və Gürcüstandan təkliflər almışdı. Onların təklifi “Levski”nin şərtlərinə çox yaxın idi. Lakin Bolqarıstan klubunun iddiaları futbolçu üçün daha cəlbedici oldu. Bu komanda titul uğrunda mübarizə aparır. Srcan da belə komandada oynayıb, milli məşqçilərinin diqqətindən uzaq düşmək istəmir. Çünki Rumıniya yığması ilə Fransadakı AVRO-2016-da çıxış etmək arzusundadı. Üstəlik, Bolqarıstan çempionatında əvvəllər də oynayan müdafiəçi bu yarışa yaxşı bələddi”.
Qeyd edək ki, Rumıniya millisinə 5 il əvvəl cəlb olunan Srcan yığmada 11 oyun keçirib, 1 qol vurub.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI