[b]"Chocolata" Azərbaycan kubokunun finalında oxuyacaq[/b]
07.05.2018 - 14:10
[b]"Chocolata" Azərbaycan kubokunun finalında oxuyacaq[/b]

Azərbaycan kubokunun final matçına dəvət olunan məşhur simalardan biri müəyyənləşib. Apasport.az saytının Peşəkar Futbol Liqasının feysbuk səhifəsinə istinadən məlumatına görə, martın 28-də keçiriləcək finalda rumıniyalı müğənni Seeya da iştirak edəcək.


"Chocolata" (Papito) mahnısı ilə məşhurlaşan  Seeya Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmadan öncə azarkeşlərə konsert verəcək. Seeyanın çıxışı “Keşlə” – “Qəbələ” oyunundan 1 saat əvvəl – 19:00-da başlayacaq. Final matçı saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, Seeya 1998-ci il mayın 15-də Rumıniyanın Buxarest şəhərində anadan olub. Bəstəkar ailəsində dünyaya gələn gənc müğənni rumın və ispan dillərində mahnılar oxuyur və qısa müddətdə milyonlarla pərəstişkar qazanmağı bacarıb.