“Mançester Yunayted”in futbolçusu Ueyn Runi yayda komandasını dəyişə bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu “Everton”dan təklif alıb.
Sabiq komandası Runini heyətinə qatmaqda israrlıdı. Liverpul təmsilçisinin baş məşqçisi Ronald Kuman yayda təcrübəli forvardla müqavilə bağlamaq istədiklərini təsdiqləyib: “Şadam ki, Ueyn Çinə getməməyə qərar verib. O, daha bir neçə il Avropada yüksək səviyyədə çıxış edə bilər. Ümid edirik ki, Runini yayda heyətimizə qatmağa nail olacağıq. “Everton”da onun qayıtmasını gözləyirlər”.
Qeyd edək ki, “Everton”un yetirməsi olan Runi “Mançester Yunayted”ə 2004-cü ildə transfer olunub.