Rusiya millisi ölkədə keçiriləcək Konfederasiyalar Kuboku üçün yekun heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, Stanislav Çerçesov 30 nəfərlik ilkin heyətdən 23-nü siyahıda saxlayıb.
Müxtəlif səbəblərdən Aleksandr Belenov ("Ufa"), Roman Noyştader ("Fənərbaxça"), Andrey Semyonov ("Terek"), Roman Zobnin ("Spartak"), Alan Zaqoev, Mario Fernandes (hər ikisi MOİK) və Artyom Züba ("Zenit") kubokda milliyə kömək edə bilməyəcəklər.
Millinin formasını isə aşağıdakı futbolçular geyinəcəklər.
Qapıçılar: İqor Akinfeyev (MOİK), Vladimir Qabulov (“Arsenal”), Marinato Gilyerme (“Lokomotiv”)
Müdafiəçilər: Roman Şişkin (“Krasnodar”), Viktor Vasin (MOİK), Georgi Cikiya (“Spartak”), Ruslan Kambolov (“Rubin”), Fyodor Kudryaşov (“Rostov”), İlya Kutepov (“Spartak”)
Yarımmüdafiəçilər: İqor Smolnikov (“Zenit”), Yuriy Qazinski (“Krasnodar”), Denis Qluşakov (“Spartak”), Aleksey Mirançuk (“Lokomotiv”), Aleksandr Qolovin (MOİK), Yuri Jirkov (“Zenit”), Aleksand Səmədov (“Spartak”), Aleksandr Eroxin (“Rostov”), Dmitri Tarasov (“Lokomotiv”), Dmitri Kombarov (“Spartak”)
Hücumçular: Dmitri Poloz (“Rostov”), Fyodor Smolov (“Krasnodar”), Aleksandr Buxarov (“Rostov”), Maksim Kanunnikov (“Rubin”)
Qeyd edək ki, Konfederasiyalar Kuboku 17 iyun – 2 iyul tarixləri arasında baş tutacaq.