[b]Rusiyadan darmadağın, meydan sahibləri mübarizəni dayandırdı[/b]
21.09.2016 - 09:39
[b]Rusiyadan darmadağın, meydan sahibləri mübarizəni dayandırdı[/b]

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 1/8 finala start verilib. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk oyun günündə 2 qarşılaşma baş tutub.

 

Favoritlər sırasında olan Rusiya millisi Vyetnamı sınağa çəkib. Şimallılar Asiya təmsilçisinə şans verməyib – 7:0.

 

Cənubi amerikalıların duelində isə Kolumbiya və Paraqvay üz-üzə gəlib. Qolsuz bitən matçın taleyini penaltilər həll edib. Daha dəqiq olan paraqvaylılar 3:2 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, 1/4 finalda Paraqvay Braziliya – İran cütünün qalibi ilə qarşılaşacaq. Rusiyanın rəqibi isə İspaniya – Qazaxıstan cütündə müəyyənləşəcək.

 

DÇ-2016

1/8 final

20 sentyabr

Rusiya – Vyetnam – 7:0

Kolumbiya – Paraqvay – 0:0, pen.2:3