[b]Rusiyanın vitse-çempionu “Qarabağ”a rəqib oldu[/b]
07.06.2016 - 14:44
[b]Rusiyanın vitse-çempionu “Qarabağ”a rəqib oldu[/b]

Azərbaycan çempionu “Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi 2 klubun adı dəqiqləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, iyunun 25-də ilk matçına çıxacaq Ağdam təmsilçisi yerli “Vaker İnsbruk”la üz-üzə gələcək.

 

Qurban Qurbanovun yetirmələri Avstriya təmsilçisi ilə hazırlıq keçəcəyi kompleksin meydançasında qarşılaşacaq. 

 

“Qarabağ”ın 2-ci hazırlıq qarşılaşması iyunun 28-nə təsadüf edəcək. Komanda Rusiya Premyer Liqasının vitse-çempionu və bu ölkəni Çempionlar Liqasında təmsil edəcək “Rostov”la gücünü yoxlayacaq.

 

Komandanın son 2 hazırlıq matçı müvafiq olaraq, iyulun 1-nə və 5-nə planlaşdırılıb.  

 

Qeyd edək ki, hazırda istirahətdə olan “Qarabağ” yeni mövsümün hazırlıqları üçün iyunun 16-sı bir araya gələcək və Avstriyada təlim-məşq toplanışı keçəcək.