[b]Ruslan Abışov və Səlahət Ağayev “İnter”ə sadiq qaldı[/b]
05.01.2017 - 18:19
“İnter”də daha iki futbolçunun taleyinə aydınlıq gəlib. Klubdan apasport.az saytına verilən məlumata görə, qapıçı Səlahət Ağayev və müdafiəçi Ruslan Abışov komandada qalmaq qərarına gəliblər.
“Neftçi”nin maraq dairəsində olan hər iki oyunçunun meneceri bu gün klub prezidenti Azər Əliyevlə görüşüb. Nəticədə oyunçuların cari mövsümün sonuna qədər “bankirlər”in formasını geyinməsi qərara alınıb. Həm Abışovun, həm də Ağayevin paytaxt təmsilçisi ilə anlaşma müddəti məhz yaya qədərdi.
Qeyd edək ki, “İnter”in hücumçusu Ağabala Ramazanov bu gün “Qarabağ”a transfer olunub.
0
0