“Bakı”nın keçmiş baş məşqçisi Milinko Pantiç özünə yeni komanda tapıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, serbiyalı mütəxəssis bundan sonra Çində çalışacaq.
O, bu ölkənin ikinci liqasında mübarizə aparan “Dalian Yifanq” klubu ilə anlaşıb. Çempionatın XV turunda “Qinqdao Huanqai” klubuna məğlub olaraq liderliyi əldən verən “Dalian Yifanq” isveçli baş məşqçi Mikael Stareni istefaya göndərmişdi. Rəhbərlik vaxt itirmədən Pantiçlə anlaşıb, onu bu posta təyin edib.
Hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Dalian Yifanq” liderdən cəmi 2 xal geri qalır.
Qeyd edək ki, Milinko Pantiç 2013/14 mövsümündə “Bakı”nı çalışdırıb.