Azərbaycan yığmasının formasını geyinmiş Məhəmməd Qurbanov ölkə çempionatında yaranan fasilə müddətində “Kəpəz”də baxışdan keçib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 25 yaşlı futbolçu gəncəlilərin baş məşqçisi Şahin Diniyevin etimadını doğruldub.
Klub rəhbərliyi ilə Qurbanov artıq müqavilə məsələsində razılığa gəlib. Forvard yeni komandası ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb. O, “Kəpəz”də 24 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, əvvəllər “Sumqayıt” və “Neftçi”də oynamış Məhəmməd Qurbanov müxtəlif yaş qrupları üzrə Azərbaycan yığmalarının da şərəfini qoruyub.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"