[b]Sabiq “Qarabağ”lı İngiltərə klubuna lazım olmadı[/b]
19.07.2016 - 16:23
[b]Sabiq “Qarabağ”lı İngiltərə klubuna lazım olmadı[/b]

Mövsümlərarası fasilədə “Qarabağ”dan ayrılan Samuel Armenterosun karyerasını İngiltərədə davam etdirmək istəyi həyata keçməyib. Apasport.Az saytının məlumatına görə, isveçli hücumçu “Bristol Siti” klubuna lazım olmayıb.

 

Belə ki, Armenteros Çempionşip təmsilçisində baxışdan uğurla keçə bilməyib. Sabiq “Qarabağ”lı bu komandanın heyətində yoxlama görüşündə iştirak etsə də, özünü klub rəhbərliyinə göstərməyi bacarmayıb. Nəticədə Armenterosla müqavilənin imzalanmasına ehtiyac duyulmayıb.

 

Azad agent statusu daşıyan futbolçu yenidən klub axtarışına çıxıb.

 

Qeyd edək ki, Armenteros Topaz Premyer Liqasının 2015/2016 mövsümündə 23 oyunda 7 qola imza atıb.

 

 

0