İngiltərə Premyer Liqasında çıxış etmiş futbolçularla bağlı maraqlı araşdırma aparılıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, həmkarlarımız ən yaxşı 23 oyunçunun adını müəyyənləşdirib.
Belə ki, 1-dən 23-ə qədər hər nömrə altında çıxış etmiş ən yaxşı bir oyunçu seçilib. Onların arasında uzun müddət “Qəbələ”də müxtəlif vəzifələrdə çalışmış Toni Adams da var. Əfsanəvi “Arsenal”lı Premyer Liqa tarixinin ən yaxşı “6 nömrə”si hesab olunur.
Maraqlıdı ki, öz dövrlərinin ən güclü futbolçuları hesab edilən Devid Bekhem və Maykl Ouen simvolik “23-lüy”ə düşə bilməyiblər. “7 nömrə” kimi Matt Le Tisser Bekhemdən üstün hesab edilibsə, ən yaxşı “10 nömrə” Ouen deyil, Dennis Berqkamp göstərilib.
Ən yaxşı “23-lük”:
1. Peter Şmeyxell
2. Qari Nevill
3. Qaret Beyl
4. Patrik Vieyra
5. Rio Ferdinand
6. Toni Adams
7. Matt Le Tisser
8. Stiven Cerrard
9. Alan Şirer
10. Dennis Berqkamp
11. Rayan Giqqz
12. Sami Hyupya
13. Villiam Qallas
14. Tyerri Anri
15. Nemanya Vidiç
16. Roy Kin
17. Kevin de Bruyne
18. Pol Skoulz
19. Santi Kazorla
20. Ole-Qunnar Sulşer
21. David Silva
22. Eydur Qudyonnsen
23. Sol Kempbell