[b]Sabiq “Xəzər Lənkəran”lı həvəskarlar liqasında[/b]
27.04.2016 - 13:56
Türkiyənin tanınmış futbolçularından olan Ahmet Dursun karyerasını bərpa edib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, hücumçu həvəskarlar liqasında çıxış etməyə başlayıb.
Vaxtilə ölkəmizdə “Xəzər Lənkəran”ın formasını geyinmiş Dursun İstanbulun 2-ci həvəskarlar liqasında iştirak edən “Böyükdərəspor”la anlaşıb. “Beşiktaş”ın əfsanəvi oyunçusu yeni klubunda qısa müddətdə artıq 2 oyun da keçirib. O, hətta ilk matçında qol da vurmağa müvəffəq olub.
Qeyd edək ki, Ahmet Dursun 2009/10 mövsümündə “Xəzər Lənkəran”ın heyətində çıxış edib.
0
0