[b]Mustafa Dənizlə?[/b]
23.01.2017 - 15:24
[b]Mustafa Dənizlə?[/b]

Mustafa Dənizli millimizin futbolçusu Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” klubunun baş məşqçisi ola bilər. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hamza Hamzaoğlu ilə yolları ayıran Superliqa təmsilçisi onun yerinə təcrübəli mütəxəssisi gətirmək niyyətindədi.

 

“Bursaspor” rəhbərliyi 67 yaşlı çalışdırıcıya rəsmi təkliflə müraciət edib. Məşqçilik karyerası ərzində Azərbaycanda da işləmiş Dənizli bu təklifə cavab vermək üçün vaxt istəyib. Bursalılar sabiq “Xəzər Lənkəran”lını razı salmağa çalışırlar. Əgər Dənizli qarşı tərəfə “yox” desə, klub rəsmiləri Şota Arveladze ilə danışıqlara başlayacaqlar.

 

Qeyd edək ki, 2013/14 mövsümündə “Xəzər Lənkəran”ı çalışdırmış Dənizlinin son iş yeri “Qalatasaray” olub.