[b]Sabiq FİFA referisi: Hakimləri istəməyənlər çoxdu[/b]
29.12.2014 - 13:09
[b]Sabiq FİFA referisi: Hakimləri istəməyənlər çoxdu[/b]

“Hazırda 42 yaşım var. Hakimlikdən getməyə hazırlaşmıram. Çünki hələ də özümü gümrah hiss edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında sabiq FİFA referisi Fariz Yusifov deyib.

 

Təcrübəli hakim daha bir neçə il işinin başında olmaq niyyətindədi. O, həmçinin hakimlik peşəsinin ağır olduğunu bildirib: “Bizim işdə belədi ki, 10 oyun yaxşı idarə et, bir səhv edən kimi tənqid hədəfinə çevrilirsən. Hakimləri istəməyənlər çox olur. Buna görə də, bəzən yanlış məlumatlar yayılır. İnsan sabah nə olacağını bilmir. Amma şəxsən mən karyeramı bitirməyə hazırlaşmıram”.

 

Qeyd edək ki, keçmiş FİFA hakimi Fariz Yusifov Premyer Liqa ilə yanaşı, son vaxtlar I divizion oyunlarına da təyinat alır.