[b]Sabiq klubuna söz atdı: Onların futbolçusu bizə lazım deyil[/b]
15.12.2016 - 12:52
[b]Sabiq klubuna söz atdı: Onların futbolçusu bizə lazım deyil[/b]

“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti “Real”dan oyunçu transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı mütəxəssis madridlilərin heç bir futbolçusu ilə maraqlanmadıqlarını söyləyib. 

 

2013-2015-ci illərdə “kral klubu”nu çalışdıran Ançelotti komandasının transferə ehtiyac duymadığını bildirib: “Bavariya” “Real”ın hansısa futbolçusunu almağa hazırlaşmır. Onların oyunçusu bizə lazım deyil. Çünki yay fasiləsində lazımi mövqeləri gücləndirmişik. Mats Hummels və Renato Sançes bizim daha da güclənməyimizə kömək oldular”.

 

Qeyd edək ki, “Real”ın yarımmüdafiəçisi Hames Rodriges və hücumçusu Kərim Benzemanın adı “Bavariya” ilə birgə hallanırdı.