[b]Sadio Tounkara “Zirə”də - FOTO[/b]
01.09.2017 - 17:14
[b]Sadio Tounkara “Zirə”də - FOTO[/b]

Azərbaycan Premyer Liqasının yeni mövsümünə uğurlu başlayan “Zirə” daha bir futbolçu ilə güclənib. Apasport.az klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, Sadio Tounkara bu gündən komandanın düşərgəsinə qoşulub. 25 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.


Tounkara azərbaycanlı futbolsevərlərə tanış simadı. Belə ki, malili yarımmüdafiəçi daha öncə ölkəmizdə “Xəzər Lənkəran” və AZAL klublarının şərəfini qoruyub. Tounkara Azərbaycan və Mali ilə yanaşı, Kipr çempionatında da çıxış edib.

0