[b]Sadiqovla Dabonun yubiley oyunu[/b]
27.09.2016 - 17:45
[b]Sadiqovla Dabonun yubiley oyunu[/b]

Avropa Liqasının “Mayns”la sentaybrın 29-da keçiriləcək oyunu “Qəbələ”nin 3 futbolçusu üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, meydana çıxacaqları halda, Rəşad Sadiqov, Baqali Dabo və Ürfan Abbasov avrokuboklarda yubiley matçını keçirəcək.

 

Sonuncunun bunu reallaşdıracağı inandırıcı görünməsə də, əsas heyət oyunçusu olan digər ikisi üçün yubiley gözləniləndi. Dabo qitə miqyaslı turnirlərdə yalnız 10-cu matçına çıxacaq. Fransalı əvvəlki 9 görüşdə 3 qol vurub.

 

“Qəbələ”nin kapitanı olan Rəşad 65-ci avrokubok sınağına çıxacaq. Yarımmüdafiəçi əvvəlki 64 matçda 7 dəfə fərqlənib.