“Mənə elə gəlir ki, bu gün üç xalı biz rəqibə hədiyyə etdik. Birinci hissə meydandakı “Kəpəz” fasilədən sonra başqa komanda idi. Səbəb axtarmıram, çox şey tapmaq olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.
Topaz Premyer Liqasının XXXIV turunda öz meydanında “Neftçi”ni qəbul edən gəncəlilərin çalışdırıcısı 1:2 hesablı məğlubiyyəti belə dəyərləndirib: “İkinci yarıda komanda dayandı. Junior Osvaldonun meydandan çıxması da oyunumuza təsir etdi. Bir neçə futbolçumuz zədəli olduğundan meydana iynəli çıxmışdı. Ona görə tempi saxlamaq çətin idi. Tez qol buraxdıq, irəli atılıb hesabı dəyişməyə çalışdıq, amma alınmadı”.
Təcrübəli mütəxəssis komandanın gələcək planları haqqında da danışıb: “İrəli baxmaq lazımdır, qarşıdakı iki oyunu uğurla baş vurmalıyıq. Bizi Avropa Liqasında mübarizə gözləyir. Güclənib bu yarışa ciddi hazırlaşmalıyıq. Artıq harada çatışmazlığın olduğunu bilirik. Bunun üzərində işləməliyik. Üzülmək, başıaşağı durmaq üçün səbəb yoxdur. Futboldu, uda da bilərsən, uduza da. Gəlin unutmayaq ki, bu heyət “Kəpəz”i Avroliqaya çıxarıb”.
(futbolinfo.az)
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu